Ceyhun Bayramov Brüsseldə Hakan Fidanla görüşdü

Siyasət
17:23 / 21.03.2024
26389
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri özünün “X” hesabında yazıb.
“Biz Azərbaycan-Türkiyə müttəfiqliyinin genişlənən gündəliyini müzakirə etdik, 2024-cü il üçün ikitərəfli planları və regional əhəmiyyətli məsələləri nəzərdən keçirdik”, - deyə nazir bildirib.