“Çörəkpulu” bu vaxtadək veriləcək - RƏSMİ

“Çörəkpulu” bu vaxtadək veriləcək - RƏSMİ

İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb.

 

Sfera.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

 

Eyni zamanda komitə onlara “çörəkpulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib:

 

“Sosial müdafiə tədbirlərindən biri kimi vahid aylıq müavinətin də verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən tənzimlənir. Buna görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin (“çörəkpulu”) verilməsi şamil edilmir”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...