Toy günü bəysiz qalan gəlin: "Səni görüm evin yansın" - FOTOLAR

Toy günü bəysiz qalan gəlin:
Türkiyədə Hülya Çelik adlı gəlinə bəysiz toy edilib.

Sfera.az milli.az-a istinadla bildirir ki, bəysiz toy Batmandakı restoranların birində baş tutub.

Batmanda həbsxanada yatan məhkum, 24 yaşlı Orhan Çelik evləndirilib. O, toyda iştirak etmək üçün həbsxana müdirindən icazə alıb. Lakin toy tarixini azadlıqda olduğu günlərə uyğunlaşdıra bilməyən Orhan toy günü polislər tərəfindən saxlanılıb. O, toy şəkilləri çəkdirmək üçün getdiyi fotostudiyadan çıxarkən tutulub. Orhan yenidən həbsxanaya göndərilib.

Gəlin, bəyin qardaşları və yaxınları toya qədər polis bölməsinin qarşısında olublar. Onlar nə qədər "dil töksələr" də, bəy həbsxanadan çıxarılmayıb.

Orhanın çarəsiz qalan ailəsi toyu bəysiz edib. Orhanın qardaşı və xanımı Hülya jurnalistlərə açıqlama veriblər. Bəyin qardaşı bildirib ki, o, toyun səhərisi gün özü bölməyə gəlməyi düşünürdü.

"O qədər xahiş etdik ki, bəyi buraxsınlar, polislər də gəlsinlər, toyda iştirak etsinlər, amma icazə vermədilər. Özü toydan sonra yenidən həbsxanaya qayıdacaqdı".

Təzə gəlin Hülya isə ağlayaraq jurnalistlərə müsahibə verib. O, Orhanı çox sevdiyini söyləyib:

"Çox təəssüf, amma heç nə edə bilmədik. Onu gözləyəcəyəm. Orhanı çox sevirəm. Ondan şikayət edib, toy günü həbs etdirənə isə buradan bir şey demək istəyirəm: səni görüm evin yansın. Bu günümü mənə qara edənlərə yazıqlar olsun. Ətrafda bu qədər təcavüzkar var ikən, mənim ərimi həbs etmələri çox yersizdir. Məyusam, lakin çox güclüyəm. Mənə bu acını yaşadanları Allaha həvalə edirəm. Məmurlara isə xoş günümdə ərimi həbs etdiklərinə görə xüsusi "təşəkkür" edirəm".

Qeyd edək ki, Orhanın hansı səbəbdən həbs olunması barədə məlumat verilmir.

Toy günü bəysiz qalan gəlin:
Toy günü bəysiz qalan gəlin:
Toy günü bəysiz qalan gəlin:
Toy günü bəysiz qalan gəlin:
Toy günü bəysiz qalan gəlin:

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...