ABŞ-nin Qəzza ilə bağlı qətnaməsi BMT-də: Qəbul olunsa...

ABŞ-nin Qəzza ilə bağlı qətnaməsi BMT-də: Qəbul olunsa...

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağında dərhal atəşkəs və israilli girovların azad edilməsini tələb edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına (TŞ) təqdim edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

 

Blinken deyib ki, Birləşmiş Ştatların hazırda Vaşinqtonun irəli sürdüyü bir qətnaməsi var,  o , BMT Təhlükəsizlik Şurasında nəzərdən keçirilir.

 

“Bu, dərhal atəşkəs və girovların azad edilməsini tələb edir və biz çox ümid edirik ki, ölkələr bunu dəstəkləyəcək”, - dövlət katibi qeyd edib.

 

Bundan əvvəl Blinken ABŞ-nin Dövlət Departamentinin Rəfahda mümkün genişmiqyaslı quru əməliyyatını dəstəkləməyəcəyini bildirmişdi. Dövlət Departamenti rəhbərinin sözlərinə görə, yerli əhalini şəhərdən təhlükəsiz şəkildə çıxarmaq üçün heç bir yol yoxdur və quru əməliyyatı onları “dəhşətli təhlükə” qarşısında qoyacaq.

 

Məlumat üçün bildirək ki, Rəfah Fələstin anklavının ən cənub yaşayış məntəqəsidir, Fələstin-İsrail müharibəsinin başlaması ilə anklavın şimalındakı Qəzza və digər şəhərlərin sakinləri buradan qaçıblar.

 

Əzizə Zeynal 


 


OXŞAR XƏBƏRLƏR

Beşbarmaqda BƏDBƏXT HADİSƏ – Paraşütçü yerə çırpıldı

Siyəzən rayonunun Zarat kəndi ərazisində bədbəxt hadisə baş verib.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Beşbarmaq dağından havala...

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...