Əməkhaqqı Azərbaycandan aşağı olan bu ölkədə taksi qiymətləri niyə ucuzdur? - AÇIQLAMA

Əməkhaqqı Azərbaycandan aşağı olan bu ölkədə taksi qiymətləri niyə ucuzdur? - AÇIQLAMA

Malayziyada taksi xidməti çox ucuzdur. Taksi qiymətləri bəzən Bakıdan da ucuz başa gəlir. 


Sfera.az xəbər verir ki, bu barədə fikirləri texnobloger Fərid Pərdəşünas bildirib.


Onun sözlərinə görə, Malayziyada taksi qiymətləri 2-5 manat arası dəyişir: 


"Ən maraqlı məqam odur ki, minimum əməkhaqqının 317$, orta əməkhaqqının 1400$ olduğu ölkədə bu necə baş verir? 


Birincisi,  "Kuala Lumpur"da nə "Bolt", nə də "Uber" var. Bu ölkənin öz yerli tətbiqləri var. Adı "Grab"dır. "Grab" 12 milyard dəyərləndirmə ilə Malayziyanın texnoloji məhsuludur. 


Qiymətlərin aşağı olmasının ikinci əsas səbəbi ölkədə benzinin çox ucuz olmasıdır. 95 markalı yanacağın qiyməti 1l üçün 72 qəpikdir. Dünyada ən ucuz benzin ala biləcəyiniz ölkələrdəndir. Səbəb isə Asiyada neft ölkəsi olaraq 4-cü yerdə olmalarıdır". 


Fərid Pərdəşünas qeyd edib ki, üçüncü əsas səbəb avtomobildir:


"Taksi kimi fəaliyyət göstərən avtomobillərin 95%-i yerli istehsal, təzə avtomobillərdir. "Perodua" şirkəti burada çox məşhurdur və burada taksi üçün olan avtomobillərin qiyməti  9 000 manatdan, 16 500 manata qədər dəyişir.  Gəlirli iş olmasa da, çox rahat tapılan bir iş sahəsidir". 


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR