“ABŞ və müttəfiqləri narahatdır” – Şoyqu

Siyasət
23:20 / 20.03.2024
27663
“ABŞ və onun müttəfiqləri Rusiyanın cəbhədə əldə etdiyi uğurlara görə narahatdır”.
Sfera.az bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O qeyd edib ki, Qərb Ukraynanın gələcək maliyyələşdirilməsi məsələsində çətinlik çəkir.
Müdafiə naziri vurğulayıb ki, onlar silah və sursatların Kiyevə verilməsini ictimaiyyətə izah edə və özülərinə haqq qazandıra bilmirlər.
Rusiya hərbi idarəsinin rəisi vurğulayıb ki, müharibə zamanı Vaşinqton və onun Ukrayna siyasətini dəstəkləyən ölkələr üçün tutarlı arqumentlər tapmaq getdikcə mürəkkəb məsələ olur.
Türkan