Ukrayna bu bölgəni HƏDƏFƏ ALDI - Rusiya MN-dən AÇIQLAMA

Ukrayna bu bölgəni HƏDƏFƏ ALDI - Rusiya MN-dən AÇIQLAMA

Ukrayna ardıcıl hücumlarla Rusiyanın sərhəd bölgəsini hədəfə alıb.

 

Sfera.az bildirir ki, Belqorod qubernatoru Vyaçeslav Qladkov minlərlə uşağın bölgədən təxliyə ediləcəyini açıqlayıb. O, son hücumlardan sonra biri uşaq olmaqla, 3 nəfərin yaralandığını və şəhərin böyük bir hissəsində elektrik enerjisinin kəsildiyini açıqlayıb.

 

Qladkov bu həftə ərzində baş verən hücumlarda 16 nəfərin öldüyünü, 98 nəfərin yaralandığını əlavə edərək, məktəblərin və ticarət mərkəzlərinin bazar ertəsi və çərşənbə axşamı bağlanıldığını xatırladıb. Ardıcıl hücumlar səbəbiylə bölgədən təxminən 9 min uşağın təxliyə ediləcəyini açıqlayan Qladkov, 1200 uşaqdan ibarət ilk qrupun martın 22-də təhlükəsiz yerlərə daşınacağını vurğulayıb.

 

“Associated Press” (AP) həmçinin Ukraynanın bombardmanı altında olan sərhəd bölgəsində böyük təxliyə planının həyata keçirildiyini açıqlayıb. Təhsil müəssisələrinin bağlandığını elan edən AP kollec və universitetlərin distant təhsilə keçdiyini yazıb. Rusiya Müdafiə Nazirliyi də dünən bölgəyə 9 artilleriya mərmisinin düşdüyünü açıqlayıb və hücumlara görə Ukraynanı ittiham edib. 

 

Rusiya Prezidenti Vladimir Putin isə bu gün verdiyi açıqlamada Ukraynanın tez-tez bombardman etdiyi sərhədyanı rayonların təhlükəsizliyinin təmin ediləcəyinə zəmanət verib. O vurğulayıb ki, Rusiyanın hücumlara cavab vermək planları var, lakin mülki şəxslər hədəf alınmayacaq.  

 

"Əsas vəzifə təhlükəsizliyi təmin etməkdir. Burada müxtəlif üsullar var, asan deyil, amma biz bunu edəcəyik", - o bildirib. 

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...