Azərbaycan millisinin Türkiyə ilə səfər oyununun yeri müəyyənləşdi

İdman
16:26 / 20.03.2024
17169
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Sfera.az xəbər verir ki, komandalar qrupun IV turu çərçivəsində iyunun 4-də Erzincanda üz-üzə gələcəklər.
Qarşılaşma 13000 tamaşaçı tutumuna malik “13 Şubat” stadionunda reallaşacaq.
Millimizin oyunlarının təqvimi belədir:
5 aprel: Macarıstan – Azərbaycan
9 aprel: Azərbaycan – İsveçrə
31 may: Azərbaycan – Türkiyə
4 iyun: Türkiyə – Azərbaycan
12 iyul: Azərbaycan – Macarıstan
16 iyul: İsveçrə – Azərbaycan