"Yuventus"un bu futbolçusuna maaş çatmadı - Kluba geri dönür

İdman
16:00 / 20.03.2024
16320
Hazırda icarə əsasında "Fiorentina"da çıxış edən braziliyalı yarımmüdafiəçi Artur Melo yayda "Yuventus"a qayıdacaq.
Sfera.az bildirir ki, bu barədə futbolçunun agenti Federiko Pastorello məlumat verib.
Pastorellonun sözlərinə görə, Arturun maaşı “Fiorentina” üçün çox yüksək olduğundan, o, iyulda Turin klubuna qayıdacaq.
Qeyd edək ki, braziliyalı keçən yay 2 milyon avroya icarə əsasında "Fiorentina"ya keçib. Onun klubla müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
Fatimə Lətif