Atletiko "Barça"nın bu oyunçusunu ALACAQ - Ən çox maaş alan...

İdman
14:44 / 20.03.2024
12508
"Atletiko Madrid" bu yay ilin ən şok edici transferlərindən birini həyata keçirə bilər.
Sfera.az bildirir ki, Dieqo Simeonenin komandası yeni hücumçusu qismində "Barselona"nın bombardiri Robert Levandovskini ala bilər.
Qeyd edək ki, "Barselona" bu yay heyətini əhəmiyyətli dərəcədə yeniləməyi və maaş xərclərini azaltmağı hədəfləyir. Levandovski klubda ən çox maaş alan futbolçu olduğundan onun potensial satışı komanda üçün məntiqli addım kimi görünür.
Cari mövsümdə Levandovski bütün turnirlərdə 39 matçda 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, “Barselona” həftəsonu səfərdə “Atletiko”nu 3:0 hesabı ilə məğlub edib.
Fatimə Lətif