"Real"ın oyunçuları bir-bir SIRADAN ÇIXIR - Artıq iki futbolçu...

İdman
12:52 / 20.03.2024
11385
"Real Madrid" oyunçuları bu həftəni xəstəxanada keçirir.
Sfera.az bildirir ki, David Alabanın yoxluğundan sonra Los Blankos Tibo Kurtuanın məşq zamanı zədələnməsi xəbəri ilə üzləşib.
Qeyd edək ki, müdafiəçi David Alabanın sağalma prosesi gözlənildiyindən ləng gedir. Reabilitasiya prosesini sürətləndirmək üçün klub həkimləri futbolçunu Avstriyaya göndəriblər.
Xatırladaq ki, Alaba dekabr ayından dizini zədələdiyi üçün oyunlarda içtirak etmir. Onun yaşıl meydana qayıtma tarixi gələn mövsümün əvvəlinə təyin edilmişdi, lakin indi bu, sual altındadır.
Fatimə Lətif