"Barça"da fikir ayrılığı - İdman direktoru Xavini razı salmağa çalışır 

"Barselona"nın idman direktoru Joan Laporta baş məşqçi Xavini komandada qalmağa razı salmaq istəyir.

 

Sfera.az bildirir ki, Kataloniya klubu baş məşqçi tələblərinə cavab verən 3-4 məşqçidən ibarət siyahı hazırlayıb. Lakin onlarla müsahibə mərhələsi hələ başlamayıb.

 

Klub hesab edir ki, yeni mövsümə yeni məşqçi ilə başlamaq lazımdır, lakin idman direktoru fərqli fikirdədir.

 

Joan Laporta əvvəlcə Xavinin rəhbərliyi altında komandanın gedişatını izləmək istəyir.

 

Qeyd edək ki, "Barselona" 1/4 finalda PSJ ilə qarşılaşacaq. La Liqada "Barça" hazırda "Real Madrid"i səkkiz xal geridə qoyaraq ikinci pillədə qərarlaşıb.

 

Fatimə Lətif


OXŞAR XƏBƏRLƏR