"Man Yunayted" oyunçularını İTİRƏ BİLƏR: "Müqavilələr gecikir, 3 ay sonra..."

İdman
11:42 / 20.03.2024
9858
"Mançester Yunayted" mərkəz müdafiəçisi Rafael Varanın müqaviləsini uzatmayıb.
Sfera.az bildirir ki, “qırmızı şeytanlar” fransalı futbolçuya yeni müqavilə ilə bağlı heç bir yeni təklif göndərməyib.
Qeyd edək ki, hazırki müqavilə bu mövsümün sonunda-üç ay sonra başa çatacaq.
Xatırladaq ki, 2021-ci ildə "Mançester Yunayted" və "Real Madrid" Varanın transferi ilə bağlı ilkin razılığa gəlmişdi.
Yeri gəlmişkən, "Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen baş məşqçi Erik ten Haqa meydandakı oyun müddətindən narazı olduğunu bildirib.
Fatimə Lətif