Makronun planı İFŞA EDİLDİ: Narışkin açıqladı, Fransa isə.. – Paris Moskva ilə ÜZ-ÜZƏ

Fransa qısa müddətdə Ukraynaya 2 min əsgər göndərməyi planlaşdırır.
Sfera.az bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Belə ki, qurumun direktoru Sergey Narışkin Fransanın Ukraynaya göndərmək üçün hərbi birlik hazırladığını və ilk mərhələdə 2 min əsgərin göndəriləcəyini açıqlayıb.
O, Ukraynaya çatması gözlənilən fransız kontingentinin Rusiya ordusunun prioritet hədəfinə çevriləcəyini vurğulayıb. “Fransa hökuməti Ukraynadakı fransız itkilərinin sayının artıq psixoloji baxımdan əhəmiyyətli həddi keçdiyini bilir. Makron gec-tez həqiqəti açıqlamalı olacaq, lakin o, "etirafı" mümkün qədər ləngitməyə çalışacaq. Bu cür həssas məlumatların açıqlanması vətəndaşları etirazlara sövq edə bilər, xüsusən də fermerlərin kütləvi üsyanlar təşkil etdiyi bir mühitdə..”, - Narışkin yekunlaşdırıb.
Onun bu açıqlamasına Fransa Müdafiə Nazirliyindən reaksiya gəlib: “Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin çatdırdığı məlumatlar Rusiyanın kütləvi dezinformasiyadan sistemli istifadəsinə daha bir nümunədir. Biz bu tip kampaniya vasitəsilə hər hansı alətləşdirmənin qarşısını almaq üçün maksimum sayıq olmağa çağırırıq”, - nazirliyin məlumatında vurğulanıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron son vaxtlar Avropa ölkələrində mübahisələrə səbəb olan “Ukraynaya qoşun göndərməkdən söhbət gedə bilməz” açıqlamalarından sonra danışıb və yenə diqqətçəkən açıqlamalar verib.
“Mən bunu arzulamıram və bu məsələdə təşəbbüs göstərməyəcəyəm, amma ola bilsin ki, nə vaxtsa Rusiya qüvvələrinə qarşı çıxmaq üçün quru əməliyyatı lazım gələcək. Fransanın buna gücü çatar. Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə lazımdırsa edəcəyik”, - o bildirib.
Bu məqsədə çatmaq üçün “hər şey mümkündür” mesajını verən Makron qeyd edib ki, Ukraynaya qoşun göndərmək “mümkünlükdən” kənarda qalmamalıdır. Fransa liderinin bu sözlərindən sonra avropalı siyasətçilər NATO və Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi qoşun göndərməyəcəyini bildirən bəyanatlar veriblər.
Günay