Novruz bayramının MARAQLI ADƏTLƏRİ: Süfrədə mütləq bunlar olmalıdır

Novruz bayramının MARAQLI ADƏTLƏRİ: Süfrədə mütləq bunlar olmalıdır

Bu gün Azərbaycanda  Novruz bayramı qeyd edilir. Bəzi bölgələrdə martın 20-si, bəzilərində isə 21-i xüsusi təntənə ilə keçirilir. 


Sfera.az Novruz ənənələri ilə bağlı məlumatı təqdim edir.


Belə ki, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla inamını ifadə edib. 


Bu bayram günündə papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək kimi adətlər var. 


Məsələn, bayramın adətlərindən olan tonqal yandırma mərasimi odun-ocağın şəfaverici, aydınlaşdırıcı gücü ilə bağlıdır. Bununla insanlar öz dərdlərini, ağırlığını, uğurluğunu tonqalın üstündə yandırır. Arınmış, durulmuş bir rolla yeni günə, yeni həyata başlayırlar.


Əvvəlki zamanlarda Novruz bayramı süfrəsinə su dolu qab qoyub, içinə xırda balıq buraxırlarmış. Balıq qabın dibindən düz şaquli qalxıb suyun üzərinə burun vurunca ilin təhvil olduğu bilinərmiş.

 

Novruz günü həm də xüsusi bayram süfrəsi hazırlanır. Bu süfrədə noğul, nabat, şəkərbura, paxlava, qoğal, növbənöv şirniyyatlar, kişmiş, qoz, badam, püstə, fındıq, meyvə quruları, müxtəlif çərəzlər, meyvə şirələri, rəngbərəng boyanmış yumurtalar olur. Süfrənin ortasında səməni qoyulur. Yeməklərin şahı sayılan bayram aşı(plov) bişirilir. Deyirlər ki, Novruz süfrəsində 7 dənə “s” hərfi ilə başlayan nemətlər olmalıdır. Bu nemətlər adətən su, sünbül, səməni, səbzə, sumax, süd, sikkə və s. olur. Bəzən bu nemətlərdən hansısa biri olmayanda saat, sarımsaq, sirkə ilə də əvəz edilir. Yəni, hər bir bölgədə “s” hərfi ilə başlayan hansı qida, nemət, ərzaq daha çoxluq təşkil edirsə, onlar da süfrəyə qoyulur.


Bayram günü qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı, hədiyyələr apararlar. Qonşular, qohumlar kasıblara, kimsəsizlərə əl tutar, onlara bayram yeməklərindən verərlər. Ağsaqqallar, ağbirçəklər evlərində ziyarət edilər. Novruz şənliklərinin ən maraqlı oyunu Kos-kosa, əsas personajları isə təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi əhval-ruhiyyə gətirir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir.

 

Qeyd edək ki, Azərbaycana yaz fəsli bu gün Bakı vaxtı ilə saat 07:06:21-də daxil olub.

 

Bayramla əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq. 27 mart rəsmi iş günüdür.


Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...

Prezident onu hərbi prokuror təyin etdi

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.   Sfera.az  xəbər verir ki, Prezident İlham...

Əhalinin yanacaq xərcləri artdı

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 156 mln. manat xərclənib. ...

43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək....