Şahbuzda avtomobil yolunda dağ uçqunu baş verdi

Şahbuzda avtomobil yolunda dağ uçqunu baş verdi

İntensiv yağışlar nəticəsində Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda uçqun baş verib.

 

Sfera.az xəbər verir ki, iri qaya parçaları yolun hərəkət hissəsinə aşıb. Nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.

 

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

 

Qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb və sözügedən yolda hərəkət bərpa edilib.


OXŞAR XƏBƏRLƏR