Rusların 83 faizi seçkilərin nəticələrinə inanır - HESABAT

Rusların 83 faizi seçkilərin nəticələrinə inanır - HESABAT

Rusiyalıların 83 faizi prezident seçkilərinin ədalətli keçirildiyinə inanır.



Sfera.az rus mediasına istinadən xəbər verir ki, 2024-cü ildə rekord sayda rusiyalı – 65 faiz ölkədə keçirilən prezident seçkilərinin nəticələrini etibarlı və seçicilərin iradəsinə uyğun hesab edib. Bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsİOM) məlumat yayıb.



Mərkəzin bildirdiyinə görə, sorğu zamanı rusiyalıların cəmi 13 faizi seçkinin nəticələrinə etimadsızlıq ifadə edib, vətəndaşların 14 faizi isə səsvermənin nəticələrini bilmir.



VTsİOM qeyd edib ki, seçicilərin 72 faizi seçkinin nəticələrinə inanır, 54 faizi isə tam etibar edir.



Martın 15-dən 17-dək Rusiyada üç günlük prezident seçkiləri keçirilib. Bütün protokollar işləndikdən sonra hazırkı dövlət başçısı 87,28 faiz səs toplayıb. İkinci yerdə 4,31 faiz səslə Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov qərarlaşıb. Seçicilərin 3,85 faizi Vladislav Davankovun namizədliyinin lehinə səs verib. İlk dördlüyü 3,2 faiz səslə Leonid Slutski qapayıb.

Əzizə


OXŞAR XƏBƏRLƏR

43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək....

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...