Kral Çarlz ölümü ilə bağlı xəbərlərdən sonra Vindsorda göründü

Kral Çarlz ölümü ilə bağlı xəbərlərdən sonra Vindsorda göründü

Britaniya kralı III Çarlz martın 19-da səhər saatlarında ölüm xəbəri yayılandan sonra Vindzor qəsrindən çıxarkən görüntülənib. O avtomobilin arxa oturacağında əyləşib və qəsri tərk edib.

 

Sfera.az bildirir ki, Britaniyanın baş naziri xəbərlərdən sonra kralın sağ olması ilə bağlı rəsmi açıqlama verməyə məcbur olub. Çarlz hazırda xərçəng xəstəliyindən müalicə alır.

 

Qeyd edək ki, martın 18-də bütün dünyada Britaniya kralının ölüm xəbəri yayılıb. Birincisi, kralın ölüm tarixi Britaniya kralına həsr olunmuş Vikipediya səhifəsində ortaya çıxıb. Daha sonra Rusiya mediası Bukinqem sarayından Çarlzın ölümü ilə bağlı iddia edilən bəyanat yayıb. Lakin Bukinqem Sarayı Britaniya kralının ölümü ilə bağlı heç bir rəsmi açıqlama verməyib. 

 

III Çarlz hazırda Londonda xərçəng müalicəsi alır. Fevralın 5-də diaqnozu bəyan ediləndən bəri o, Sandrinqemdə dincəlir. Bununla yanaşı, Kral vəzifəsini tamamilə tərk etməyib. Hər gün məktublar alır və imkan daxilində baş nazirlə görüşür.

 

Ayesl

Sfera.az


OXŞAR XƏBƏRLƏR