Lənkərandakı qəzada ölən və xəsarət alanların kimliyi məlum oldu

Lənkərandakı qəzada ölən və xəsarət alanların kimliyi məlum oldu

Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

 

Sfera.az-ın məlumatına görə, qəza nəticəsində 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb.

 

2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Qeyd edək ki, VAZ-2106 və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


OXŞAR XƏBƏRLƏR