Bu gün 2005-ci ilin 26 noyabr mitinqindən 11 il ötür

Bu gün 2005-ci ilin 26 noyabr mitinqindən 11 il ötür

Bu gün 2005-ci ilin 26 noyabr mitinqindən 11 il ötür. Parlament seçkilərindən sonra "Azadlıq” blokunun "Qələbə” meydanında seçkinin nəticələrinə etiraz olaraq keçirdiyi izdihamlı aksiyada AXCP sədri Əli Kərimlinin təxribatı müxalifəti birdəfəlik süquta uğratdı...


Hər ilin bu vaxtları demokratik düşərgənin iflasının başlanğıcı olan 26 noyabr mitinqi gündəmi zəbt edir. Buna səbəb də "Azadlıq” blokunun liderlərindən olan şəxslərin oturaq aksiya qərarı ilə bağlı aralarındakı fikir ayrılığının olması və sonda minlərlə etirazçının qanına qəltan edilməsidir. İcazəli mitinqdən öncə blokun liderləri - Müsavatın o zamankı başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin, ALP lideri Lalə Şövkətin və ADP sədri Sərdar Cəlaloğlunun oturaq aksiyaya keçilib-keçilməməsi ilə bağlı qəti mövqelərini müəyyən etməmələri indinin özündə də sərt şəkildə tənqid olunur. O zaman İ.Qəmbər oturaq aksiya məsələsi blok liderlərinin iclasında müzakirəyə çıxarılarkən bunun əleyhinə çıxmış, lakin digər liderlər onun fikrini dəstəkləməmiş, nəticədə Müsavatın  sabiq başqanı təklənmişdi. Liderlər qəti qərara gəlməsələr də, Əli Kərimli mitinqin gedişində mikrofonu əlinə alaraq camaatı meydanda oturmağa çağırmışdı.
26 noyabr mitinqinin əsas simalarından olan və oturaq aksiya qərarını dəstəkləyənlərdən ADP sədri Sərdar Cəlaloğlu 11 il sonra həmin dövr hadisələri ilə bağlı  açıqlama verdi: "Taktiki olaraq oturaq aksiya qərarı səhv oldu. Açığı, bir nəfər var idi, indi İngiltərədə bələdiyyə seçilib və siyasi işlə məşğuldur. Murad adlı o oğlan gəlib dedi ki, guya hökumət meydanda oturaq aksiya keçirməyə icazə verib, səfirliklər səviyyəsində bu razılaşdırılıb. Heç bir problemin, zorakılığın olmayacağını da dedi. Bu da bizdə iki rəy yaratdı. İsa Qəmbərin başçılığı altında bir qrup dedi ki, bu provokasiyadır. Çox təəssüf ki, İsa Qəmbər düz çıxdı. Əli Kərimlinin də fikri bu oldu ki, oturaq aksiya keçirməliyik. Mən də həmin dövrdəki hadisələri düşünüb qərara gəldim ki, oturaq aksiya siyasi məqsədlərimizə tez çatmaq üçün lazımdır. Lalə Şövkət və mən Əli Kərimlinin mövqeyini dəstəklədik və İsa Qəmbər tək qaldı. Mitinq dağıdılandan bir müddət sonra məlum oldu ki, nəinki oturaq aksiyanı hakimiyyət razılaşdırıb, hətta əvvəlcədən dağıtmaq üçün hazırlıq görüb. Mitinqin bitməsinə yarım saat qalmış meydana edilən hücum bunu sübut etdi. Provokasiya olduğu məlum oldu. O da sonralar məlum oldu ki, həmin o Muradın təşəbbüsü ilə Azərbaycanda kino çəkilir, ”Narıncı inqilab"la bağlı. Bizim bundan xəbərimiz olmayıb. Sən demə, o kinoda "Narıncı inqilab”ın rəhbəri kimi Əli Kərimli təqdim olunub. Həmin dövrdə geyindiyimiz narıncı köynəklər dünyanın müxtəlif yerlərində hazırlanırdı. O filmə baxanda belə təsəvvür yaranırdı ki, Azərbaycanda "Azadlıq” bloku deyilən bir şey yoxdur, AXCP və onun lideri var. Bu inqilaba da o rəhbərlik edir, Azərbaycanın Saakaşvilisidir. Mitinqlərdə bir taktika var ki, polislər gələndə liderləri meydandan çıxarırlar. Amma 26 noyabr mitinqinə baxanda görünür ki, Əli Kərimli birbaşa polisin üzərinə gedir, polislər də onun başını dəyənəkləyirlər. Kinonun axırında isə belə təsəvvür yaranır ki, Azərbaycan müxalifətinin lideri Əli Kərimlidir, özü də mübarizə aparır. Oturaq mitinq qərarı məhz həmin ssenarini başa çatdırmaq olmuşdu. O filmdə bir yerdə belə "Azadlıq” blokunun adı keçmirdi. İsa Qəmbər, Lalə Şövkət göstərilmir, bizim partiyanın adı keçmir, ancaq AXCP və Əli Kərimlinin adı hallanırdı. Məqsəd Azərbaycanda yalnız Əli Kərimli kimi bir liderin qaldığını, onun qan içində guya mübarizə apardığını insanların beyninə yeritmək idi. Yenə deyirəm ki, təhlükə yarananda liderlər öncəliklə meydandan çıxarılır, o zaman Əli Kərimli polislərin üzərinə niyə gedirdi? O mitinqlə kino üçün səhnələr yaratdılar. Əli Kərimli tərəfindən qəhrəmanlıq, polislər tərəfindən vəhşilik yaradıldı. Ondan sonra bildik ki, nəyə görə, hansı məqsədlə aldadılmışıq. Amma o mitinqin müxalifətin məhv olmasına heç bir dəxli yoxdur. O taktiki səhv olmasaydı belə, yenə bu günkü sonluq olacaqdı"./musavat.com/

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...