Tanınmış baş məşqçi Almaniya klubuna ömürlük ÜZV SEÇİLDİ

Tanınmış baş məşqçi Almaniya klubuna ömürlük ÜZV SEÇİLDİ

Şotlandiyalı tanınmış baş məşqçi Ser Aleks Ferqyuson Almaniyanın "Ayntraxt" klubunun ömürlük fəxri üzvü olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Frankfurt klubunun sosial şəbəkə hesablarında məlumat yayılıb.

 

Bundesliqa təmsilçisi bu münasibətlə Ferqyusona 10 nömrəli forma hədiyyə edib.

 

82 yaşlı mütəxəssis Almaniya klubu ilə həmişə sıx təmasda olduğunu, "Ayntraxt"ın üzvü olmaqdan məmnunluq hissi keçirdiyini deyib. O, UEFA Kubokunun 1979/80 mövsümündə Şotlandiya "Aberdin"ini çalışdırarkən "Ayntraxt"la qarşılaşıb. Həmin matçda Ferqyusonun komandası məğlub olub.

 

Qeyd edək ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"i çalışdırıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda pulsuz, keyfiyyətli çimərliklər – SİYAHI

Bakı sakinləri və şəhər qonaqları yay aylarında ən çox dəniz kənarında istirahət etməyə can atırlar. Ancaq pullu istirahət mərkəzlərində giriş haqları bir çox a...

Məşhur müğənninin qardaşı canlı yayımda ağladı: “Çox darıxıram”

Türkiyəli müğənni və aktyor Özcan Deniz ilə qardaşı Ercan Deniz arasında uzun müddətdir davam edən ailədaxili gərginlik yenidən məhkəməlik olub. Məhkəmə hər iki...

Leyla və Arzu Əliyevalar Müasir İncəsənət Muzeyində - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakıdakı Müasi...

Əl Nəhyan Moskaya gedəcək - O, burada Putinlə görüşəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyan avqustun 7-də Rusiyaya rəsmi səfər edəcək.   Sfera.az Report-a istin...

“Levski” “Sabah”la oyuna ciddi itki ilə çıxacaq

Bolqarıstanın “Levski” klubu Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun Sofiyada “Sabah” klubuna qarşı keçiriləcək ilk oyunun...

Kreml Qarabağ erməniləri üzərindən yeni siyasi oyun qurur - Ekspert

Rusiya “Rusiya səninlədir” şüarı altında Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərə humanitar yardım göndərməyə başlayıb. Avqust ayı ər...