Ata maşınla oğlunun dişini çıxartdı-VİDEO
11:45 / 26.11.2016
790
"YouTube” kanalında atanın öz oğlunun süd dişini ekstremal yolla çıxarmasına dair video yerləşdirib.
Sfera.az AzVision.az-a istinadən xəbər verir ki, oğlunun dişinə sap bağlayan ata "Audi S5” markalı avtomobilinə minir və hərəkətə başlayır.
Şərhlərdən belə məlum olur ki, oğul özü atasından bunu xahiş edib.
Baş verənləri isə uşağın anası görüntüləyib.