Ermənistan da “Mir” sistemindən imtina edir

Ermənistan da “Mir” sistemindən imtina edir

Rusiyanın “Mir” sisteminin kartlarının 2024-cü il martın 30-dan etibarən Ermənistanın əksər banklarının bankomat və POS terminallarında istifadəsi mümkün olmayacaq. 


Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın RBC telekanalı Ermənistanın VTB bankının nümayəndəsinə istinadən məlumat yayıb. 


“Martın 30-dan etibarən istifadəçilər artıq POS-terminallarda nağdsız ödənişlər həyata keçirə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər”, - bankın nümayəndəsi bildirib. 


Yalnız Rusiya VTB-nin törəməsi olan VTB Ermənistan bankına aid xidmət aparatlarından “Mir” kartı ilə əməliyyat aparmaq mümkün olacaq. 


Hazırda Ermənistanda VTB-nin 53 filialı fəaliyyət göstərir ki, onların da təxminən yarısı İrəvan şəhərindədir. 


“Mir” kartlarından istifadənin dayanması ABŞ-nin sanksiyaları ilə bağlıdır. Ermənistandan öncə Özbəkistan, Türkiyə və Tacikistanda fəaliyyət göstərən bəzi banklar bu kartdan imtina ediblər. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...

Bakıda dərzi iş yerində öldü

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib. &nbs...

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlara şəxsin ünvanı da əlavə olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respubli...

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.   DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera....