Tarixdə bu gün-26 noyabr

Tarixdə bu gün-26 noyabr
  
 1991-ci il. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv olunub. Ali Sovet keçmiş DQMV-nin mərkəzi şəhəri Stepanakertin adının dəyişdirilərək Xankəndi adlandırılması, habelə Mardakert və Martuninin tarixi adlarının (Ağdərə və Xocavənd) bərpası barədə qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, Hadrutun ərazisi Xocavənd rayonunun, Əsgəranın ərazisi isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilib. Ali Sovetin həmin iclasında parlamentin daimi fəaliyyət göstərəcək orqanının - Milli Şuranın yaradılması barədə də qərar qəbul olunub.
 1394-cü il. Seul Koreyanın paytaxtı elan edilib. Əhalisi 10 milyondan çox, ərazisi 605 kvadratkilometrdir. Şəhər Şərqi Asiyanın aparıcı maliyyə mərkəzlərindən biridir. 1988-ci ildə Seulda XX Yay Olimpiya Oyunları, 2002-ci ildə isə futbol üzrə dünya çempionatı keçirilib.
 2008–ci il. Hindistanın Mumbay şəhərində terror hücumları nəticəsində 175 nəfər (doqquzu terrorçu olmaqla) həlak olub, 300-dən çox insan yaralanıb.
1812-ci il. Fransa-Rusiya müharibəsində məğlubiyyətə uğrayan Napoleon qoşunu geri çəkilməyə başlayıb. Bu müharibə Napoleonun böyük ordusunun tam məğlubiyyəti ilə nəticələnib.
1924-cü il. Monqolustan Xalq Respublikası elan olunub və yeni dövlətin ilk konstitusiyası qəbil edilib. Bu tarix Monqolustanın müstəqillik günü kimi qeyd olunur.
 1994-cü il. Beynəlxalq İnformasiya Günü təsis olunub. Bu gün hazırda bir çox ölkələrdə qeyd edilir.
  
azertag.az

OXŞAR XƏBƏRLƏR

Sabah məktəb və bağçalarda dərs olacaq? - RƏSMİ AÇIQLAMA

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək.   Sfera.az xəbər verir ki, b...

"Bu Şəhərdə" konsertində gözlənilməz dava – qadın ərini başqa biri ilə tutdu

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar! &...

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...