İsveçrə səfirinə şər atan rus qadına CƏZA VERİLDİ

İsveçrə səfirinə şər atan rus qadına CƏZA VERİLDİ

İsveçrə səfirinə təzyiq göstərməkdə ittiham edilən rus qadın şərti cəza alıb.


Sfera.az rus mediasına istinadən xəbər verir ki, Moskvanın Basmannı məhkəməsi İsveçrənin Moskvadakı səfirliyinin keçmiş tərcüməçisi Natalya Poluektovanı səfirə təzyiq göstərməkdə ittiham edərək 4 il müddətinə azadlıqdan məhrum edib. 


Qadın xüsusilə, dələduzluqda təqsirli bilinib. 

 

İstintaqın məlumatına görə, 2018-ci ildə Poluektova polisə ərizə verib və orada səfir İv Rosyenin təcavüzünə məruz qaldığını bildirib. Səfir bu ittihamları rədd edib və zərərçəkmiş tezliklə istefa verib. Bundan sonra səfirlik nümayəndələri keçmiş tərcüməçiyə qarşı ərizə yazaraq onu 4,5 milyon rubl məbləğində tibbi sığorta ödənişlərini qanunsuz həyata keçirməkdə ittiham ediblər. 

 

Əzizə 


OXŞAR XƏBƏRLƏR