Neft qiymətləri 90 dollara yüksələcək - “Morgan Stanley”

Neft qiymətləri 90 dollara yüksələcək - “Morgan Stanley”

Dünyanın ən böyük investisiya banklarından biri olan “Morgan Stanley”in proqnozuna əsasən, “Brent” markalı neftin qiyməti 2024-cü ilin yayında 90 dollara yüksələcək.


Sfera.az xəbər verir ki, “Morgan Stanley” bu proqnozunu verən zaman dünyada neftə tələbin təkliflə eyni səviyyəyə çatmasını və son günlər Rusiyanın neft emalı zavodlarına dron hücumları ilə əlaqədar bu ölkədə neft hasilatının azaldılmasını əsas götürüb. 


Əvvəlki proqnozunda “Morgan Stanley” 2024-cü ilin üçüncü rübündə “Brent” markalı neftin qiymətinin 80 dollar olacağını təxmin edirdi. Bank yeni proqnozunda qiymətin 10 dollar artaraq 90 dollara çatacağını bildirib. 


“Morgan Stanley” proqnozlaşdırır ki, bu ilin ikinci və üçüncü rübləri ərzində OPEC və Rusiya gündəlik hasilatını 0,2-0,3 milyon barel azaldacaq. 


Qeyd edək ki, “Morgan Stanley” daha ehtiyatlı proqnoz verən bankdır. Onun proqnozları bir çox hallarda özünü doğrultmaqla yanaşı, bəzi hallarda faktiki göstəricilər proqnoz göstəricidən də yüksək olur. Məsələn, bank 2024-cü ilin birinci rübündə “Brent” neftinin qiymətini 82,5 dollar proqnozlaşdırmışdı. Amma mövcud qiymətlər mart ayının sonuna qədər qalacağı təqdirdə orta qiymət 85 dolları ötəcək. “Morgan Stanley” proqnozlarında daha ehtiyatlı yanaşmasından belə aydın olur ki, cari ildə neft qiymətləri ən azından 80 dollar səviyyəsində dəyişəcək. Bu qiymət səviyyəsi isə Azərbaycan üçün olduqca əlverişlidir. 


Vasif


OXŞAR XƏBƏRLƏR