Beynəlxalq qalmaqal - İsveçli aparıcı ukraynalı qadınları təhqir etdi

Beynəlxalq qalmaqal - İsveçli aparıcı ukraynalı qadınları təhqir etdi

İsveçdə ərəb əsilli jurnalist Elaf Əli SVT milli kanalında əyləncə proqramının yayımı zamanı ukraynalı qadınları fahişə adlandırıb. Ukraynanın İsveçdəki səfirliyi aparıcıdan üzr istəməsini tələb edir.

 

Sfera.az xəbər verir ki, Ukraynanın İsveçdəki səfirliyi jurnalisti ukraynalı qadınlardan açıq şəkildə üzr istəməyə çağırsa da, jurnalist üzr istəmək üçün səbəb olmadığını bildirib.

 

"Hamısı sarışın və mavi gözlüdürlər, ona görə də fahişəxanalardan başqa onların varlığını heç yerdə hiss etmirsən"-deyə jurnalist verilişdə bildirib. 

 

 

Ukraynanın İsveçdəki səfirliyi jurnalistin şərhinə cavab verib və dərhal üzr istəməyə çağırıb.

 

"Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü, ukraynalı qadınları xaricdə öz həyatlarını və uşaqlarının həyatını xilas etməyə məcbur edən şəraiti nəzərə alaraq, bu cür bəyanatları dərindən təhqiredici və tamamilə qəbuledilməz hesab edirik. Jurnalist Elaf Əlini açıq şəkildə üzr istəməyə, SVT kanalının rəhbərliyini isə gələcəkdə oxşar halların qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq ”-deyə diplomatik departamentin bəyanatında bildirilir.

 

Telekanal isə jurnalistin sözlərinə və ictimaiyyət arasında yaratdığı qalmaqala münasibət bildirməyib.

 

Sosial şəbəkələrdə isə jurnalistin sözlərinə reaksiya verilib. Bəzi İsveç vətəndaşları jurnalistin sözlərinə görə üzr istəyib.

 

"İsveç adından bu axmağa görə üzr istəyirəm. Budur, İsveçdə böyük əksəriyyət (anketlərə görə 97%) Ukraynanı dəstəkləyir. Bu qadın sözün əsl mənasında təxribatçılıqla diqqəti cəlb etməyə çalışan qeyri-insani varlıqdır".


IFS-in icraçı redaktoru və SVT proqram meneceri Kristina Hill isə deyir ki, jurnalistin heç bir şəkildə cəzalandırılmayacağını bildirib:


"Xeyr, təbii ki, biz bunu etməyəcəyik. Proqramda deyilənlər söz azadlığı çərçivəsindədir. İnsanların şərhə reaksiya verməsi başa düşüləndir”-deyən Kristina Hill sözügedən verilişin komediya proqramı olduğunu xatırladıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR