Balaca qız divar, mebel və şüşə yeyir - FOTOLAR

Balaca qız divar, mebel və şüşə yeyir - FOTOLAR

Steysi A'Hearn nadir xəstəlikdən əziyyət çəkən 3 yaşlı qızı Vinteri demək olar ki, 24/7 nəzarətdə saxlamağa məcburdur. Qızcığazda nadir bir psixi pozğunluq var.

 

Sfera.az bildirir ki, qızının diqqətini yayındırmaq üçün ana xüsusi oyuncaqlar və maraqlı teksturalı yeməklərdən istifadə etsə də, o, hələ də bu problemin öhdəsindən tam gələ bilməyib.


Həkimlər 2024-cü ilin yanvarında qızın divarlardan gips çeynədiyini, divandan sintifon, foto çərçivələri və hətta beşik və yorğanı yediyini görüb, ona autizm və piku diaqnozu qoyublar.

 

"Qız sözün əsl mənasında bütün evi yeyir. Bu yaxınlarda yeni divan aldıq, ondan da bir neçə parça çeynədi. O, oturub süngər yeyə bilir, həmçinin səkkiz foto çərçivəsini sındırıb və şüşəni udmağa çalışıb. Adi yeməklərdə isə çox seçicidir” - deyə gənc ana bildirir.

 


Qadının dediyinə görə, Vinter 13 aylıq olana qədər normal inkişaf gedib. O, yeriyir və hətta bir neçə kəlimə danışmağa da cəhd göstərib. Hər şey bir gecədə dəyişib.

 

"O, gecə saat 2-də oyanır və beşiyini və yorğan-döşəyini yeməyə başlayır. Onu 24/7 izləmək yorucudur, amma mən artıq bir rejim qurmuşam və onun ehtiyaclarını başa düşürəm”-deyən ana uşağı dəfələrlə oyuncaqlar, bitkilər və şam yeyərkən yaxaladığını əlavə edir.

 

"Autizmli uşaqlar toxuna bildikləri və ya müəyyən səsləri eşidə bilən hissiyyatlı əşyaları xoşlayırlar. Mən ona toxuna biləcəyi müxtəlif formalarda makaron və müxtəlif teksturalı yeməli muncuqlar almışam. Bu, onun üçün əla olmasa da, çox təhlükəli də deyil. Əsas məsələ burasındadır ki, bu şeylərə görə o, əlində stəkan tutmur. Həkimlər deyirlər ki, bizim edə biləcəyimiz elə bir şey yoxdur. Sadəcə, onu daim yaxından izləməliyik"- deyə ana bildirir.

Qadın ümid edir ki, zaman keçdikcə qızı terapiya vasitəsilə yaxşılaşacaq.

 

Qeyd edək ki, pika bir xəstəlikdir. Bu xəstəlik nəticəsində insanda yeyilməyən şeylər yemək istəyi yaranır. Xəstəlik, autizm və digər psixi pozğunluqlarla əlaqələndirilir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR