Bir həftə ərzində ikinci ayı hücumu - Yırtıcı yoldan keçənlərə hücum etdi

Bir həftə ərzində ikinci ayı hücumu - Yırtıcı yoldan keçənlərə hücum etdi

Slovakiyada bir həftə ərzində artıq ikinci ayı hücumu olub. 

 

Sfera.az bildirir ki, Belarusiyadan olan qadının dağlıq ərazidə cəsədi aşkar edildikdən sonra qəzəbli yırtıcı küçədə insanlara hücum edib.


Rəsmilər 49 yaşlı qadının çiynindən, 72 yaşlı kişinin isə başından xəsarət aldığını bildirib.

 

Yerli sakinlər ayının küçələrdə qaçmasını lentə alıblar.Videoda Liptovski Mikulas şəhərində ayı səki ilə qaçaraq piyadaya hücum edir.

 

Son hücum Aşağı Tatras dağ silsiləsində bir qadının ölümündən bir gün sonra baş verib.

 

Xatırladaq ki, Belarusiyalı turistlər 31 yaşlı qadın və həyat yoldaşı gəzərkən ayı ilə qarşılaşıblar. Yırtıcıdan qaçan kişi və qadın müxtəlif istiqamətlərə qaçıblar və kişi qadını gözdən itirib.


Axtarış dağ-xilasetmə qrupu tərəfindən termal görüntülü dronlardan istifadə edilməklə aparılıb. Nəticədə qadını dərənin dibində xidməti it aşkar edib. Ayının onu parçaladığı və ya qaçarkən uçurumdan yıxıldığı müəyyən edilməyib.

 

Xilasedicilər cəsədi tapanda ayı yaxınlıqda olub, xəbərdarlıq atəşi və itin hürməsindən qorxub qaçıb. Faktla bağlı araşdırmalara başlanılıb. Kişi xəsarət almayıb, onun 6 aydan çox müddətdə necə sağ qalması da araşdırılır.  Qadının meyiti ekspertizaya verilib. 

 

Xatırladaq ki, ayılar xüsusilə yazda aktiv olur, çünki uzun qış yuxusundan sonra yemək axtarırlar. Son illərdə Slovakiyada ayı hücumları daha tez-tez baş verir. Son 100 ildə ilk ölüm hadisəsi isə 2021-ci ildə qeydə alınıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR