Keyt Şahzadə ilə birlikdə sevdiyi kəndə gəzintiyə getdi
Yanvar ayından bəri ictimaiyyət arasında görünməyən Keyt Middleton Şahzadə Uilyamla birlikdə Vindzorda ən sevdiyi kəndə gəzintiyə çıxıb. Eyni zamanda, Uels şahzadəsi xoşbəxt, rahat və sağlam görünüb.
Sfera.az bildirir ki, cütlüyü görən bir şahid mediaya bunları deyib.
Cütlük heç bir şəkil çəkdirməyib. Bu, Uels şahzadələrinin məxfilik tələbi ilə bağlıdır. Şahzadələr hətta, Vindsora yaxın məsafədə yerləşən mağazaya da gəliblər.
"Ətrafda dolaşan bütün söz-söhbətlərdən sonra onları orada görəndə məəttəl qaldım. Keyt Uilyamla alış-verişə gəlmişdi. Olduqca, xoşbəxt və yaxşı görünürdü. Onların yanında uşaq olmasa da, bu Keytin mağazaya getmək üçün kifayət qədər yaxşı olduğuna yaxşı işarədir”- deyə şahid bildirib.
Cütlüyün məxfilik tələbinə uyğun olaraq, bu anda heç bir fotoşəkil çəkilməyib. Ümid edilir ki, bu, Şahzadənin rəsmi kral vəzifələrinə qayıtmaq üçün ilk addımlarını atdığına dair ümidverici bir işarədir.
Qeyd edən ki, Şahzadə son dəfə Milad bayramında Sandringhamda ictimaiyyət qarşısında çıxış edib. Şahzadənin övladlarının Pasxa bayramlarından sonra Ascot yaxınlığındakı Lambbrook məktəbinə qayıdacağı gözlənilir. Şahzadənin əvvəlcə aprelin 17-dən sonra ictimai fəaliyyətə qayıtması gözlənildiyi deyilsə də, Keytin bunu daha tez edəcəyinə dair ehtimallar də var. Şahzadənin hətta Windsorda Müqəddəs Georgi Kapellasında Pasxa mərasimində iştirak edəcəyi də gözlənilir.
Bu arada isə durmadan şahzadənin səhhəti və Uilyamla evliliyindəki böhranla bağlı şayiələr yayılmaqda davam edir. Onun yoxa çıxma səbəblərindən birinin hətta Rouz Hanberi ilə münasibətindən qeyri-qanuni qız övladının dünyaya bildirilir.
Aysel
Sfera.az