Bu şəxslər futboldan ömürlük UZAQLAŞDIRILDI - RƏSMİ

Bu şəxslər futboldan ömürlük UZAQLAŞDIRILDI - RƏSMİ

AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük uzaqlaşdırıb.

 

Sfera.az xəbər verir ki, onlardan ikisi I Liqa təmsilçisi “İrəvan”ın oyunçuları Ege Atlam və Fəhmin Muradbəylidir.

 

Bundan başqa, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənov və Yusif Rüstəmov da danışılmış oyunlarda iştirak səbəbindən ömürlük futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

 

Həmçinin 4 nəfər danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 illik futboldan uzaqlaşdırılıb. Bunlar I Liqanın “İrəvan” klubundan Ramin Məhərrəmov, Kamal Mirzəyev, II Liqada çıxış edən “Baku Sporting”in üzvü Vüqar Rəhimov və “Lerik”in oyunçusu Xətai Ramazanlıdır. Onların hər birinə 1 illik sınaq müddəti verilib.

 

II Liqada mübarizə aparan “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov isə mərc oyunlarında iştirak səbəbindən 1200 manat cərimələnib, 2 illik futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.


OXŞAR XƏBƏRLƏR

İsrail Fransaya "borclu qalmadı": Deputatların vizaları ləğv olundu

Fransanın solçu parlament üzvlərindən ibarət nümayəndə heyətinin İsrailə səfər etmək cəhdləri baş tutmayıb. İsrail hökuməti solçuların vizalarını ləğv edərək on...

Aşıq Namiq ağır qəza TÖRƏTDİ – VİDEO

Aşıq Namiq Fərhadoğlu qəza törədib.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi “İnstagram” hesabında paylaşım edib.   H...

Məmməd Abbasbəyliyə yüksək VƏZİFƏ VERİLDİ

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin keçmiş rəhbəri Məmməd Abbasbəyliyə iqtisadiyyat nazirinin müşaviri vəzifəsinin müvəqqə...

Bu gün yaradanların günüdür - İnnovasiyalar hansı imkanlar yaradıb?

Hər il 21 aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü olaraq qeyd edilir.    Sfera.az xəbər verir ki, bu gün, insanların həyatını dəyişdirə b...

ABŞ Afrikadan uzaqlaşır - Hərbi və siyasi əlaqələr kəsiləcək

ABŞ Dövlət Departamenti Afrika qitəsindəki əməliyyatların böyük hissəsini dayandırmağa və bölgədəki bir çox səfirlik və konsulluqları bağlamağa hazırlaşır. &...

Emin Ağalarov "Rolls-Royce"u ilə qəzaya düşdü - VİDEO

Xalq artisti Emin Ağalarov qəza keçirməsindən danışıb.   Sfera.az xəbər verir ki, müğənni bu haqda İnstaqramda video paylaşıb.   O, g...