Çin Azərbaycana ixracda liderliyə yüksəldi
17:50 / 18.03.2024
18317
Bu ilin geridə qalan dövrü ərzində Azərbaycan ən çox malı Çindən alıb.
Sfera.az 2024-cü ilin yanvar-fevral aylarına aid olan məlumata istinadən xəbər verir ki, Çin Azərbaycan üçün əsas idxal ölkəsidir.
İlk 2 ayda Azərbaycan xaricdən 2,65 milyard dollar dəyərində mal idxal edib. Bu qədər malın 565,6 milyon dolları, yəni 21,3 faizi Çindən alınıb.
Siyahıda ikinci sırada Rusiya (436 milyon dollar), üçüncü sırada Gürcüstan (345 milyon dollar) gəlir.
2023-cü ilin ilk 2 ayında idxalda liderlik Rusiyaya məxsus idi. Həmin dövrdə Rusiyadan idxalın məbləği 565,6 milyon dollar, ikinci sırada olan Çindən idxalın məbləği 380 milyon dollar, üçüncü sırada olan Türkiyədən idxalın məbləği 342 milyon dollar olmuşdu.
Vasif