Kakao qiymətləri “od tutub yanır” – YENİ REKORD

Kakao qiymətləri “od tutub yanır” – YENİ REKORD

Kakaonun qiymətində yeni rekord göstərici qeydə alınıb. 


Sfera.az xəbər verir ki, kakaonun bir tonunun qiyməti ilk dəfə olaraq 8 400 dollara çatıb. 


Müqayisə göstərir ki, kakaonun qiyməti son bir ildə 3 dəfədən çox artıb. Bir il əvvəl kakaonun qiyməti 2700 dollar idi. 


Kakonun bahalaşmasına səbəb əsas istehsalçı olan Qərbi Afrika ölkələrində əlverişsiz hava şəraitinin müşahidə edilməsidir. Əlverişsiz hava şəraiti səbəbindən tədarükdə çətinlik yaranıb və bu hal qiymətləri rekord səviyyəyə çatdırıb. 


Kakao şokolad istehsalında əsas xammaldır. Xammalın bahalaşması tədricən şokolad qiymətlərinə də təsir edir. Dünyada son bir ildə şokolad xammalının kəskin bahalaşmasına baxmayaraq, Azərbaycanda şokolad məmulatlarının dəyərində ciddi qiymət dəyişikliyi yoxdur. Bunun səbəbini Azərbaycanda istehsal edilən və idxal olunana şokolad məmulatlarının istehsalında kakao xammalından az istifadə edilməsi ilə əlaqələndirmək olar. 


Vasif


OXŞAR XƏBƏRLƏR