Norveç \"Ənsar Allah\" hərəkatı ilə gizli danışıqlar APARDI

Norveç \

 

Norveç Husilərin "Ənsar Allah" hərəkatı ilə Qırmızı dənizdəki vəziyyətlə bağlı gizli danışıqlar aparıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə Norveçin "NRK" agentliyi Norveç Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb .

 

Departamentin məlumatına görə, ölkə uzun müddət Qırmızı dənizdəki münaqişə və BMT-nin Yəməndəki sülh səyləri ilə əlaqədar husilərlə əlaqə saxlayıb. Həmçinin qeyd olunur ki, Norveç Xarici İşlər Nazirliyinin nümayəndələri "Ənsar Allah"la əlaqə saxlamaq üçün dəfələrlə Yəmənin paytaxtı Sənaya səfər ediblər.

 

Agentlik həmçinin Xarici İşlər Nazirliyinə istinadən bildirib ki, departamentin dövlət katibi Andreas Kravik bu yaxınlarda Omanda husilərlə görüşüb. Danışıqların məqsədinin Yəməndə davam edən münaqişənin sülh yolu ilə həlli olduğu bildirilib.

 

Husilərlə Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında münaqişə 2015-ci ildən davam edir. Son olaraq, 2022-ci ilin oktyabrında tərəflər altı aylıq atəşkəsin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.

 

Əzizə 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR