"Qarabağ"dan ayrılmaq istəmir, amma..." - Juninyo ilə bağlı AÇIQLAMA

Obyektiv olaraq Juninyo komandanın ən yaxşı oyunçusudur. Düzdür, heç kim "Qarabağ"dan ayrılmaq istəmir. Amma onu saxlamaqda çətinlik çəkəcəyik.

 

Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Veşoviç "Vijesti.me" nəşrinə açıqlamasında deyib.

 

32 yaşlı monteneqrolu müdafiəçi komanda yoldaşına çoxlu təkliflər gəldiyini söyləyib.

 

O, Avropa Liqasının 1/8 final mərhələsində iki oyunun nəticəsinə əsasən (2:2, 2:3) "Bayer 04"ə uduzmaları barədə danışıb: "Kriteriyalarımız bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. Demək olar ki, Azərbaycan çempionluğunu təmin etmişik. Ümidvaram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik. Avropa reytinqində Azərbaycanın əmsalı aşağıdır. Çünki yalnız "Qarabağ" nəticə verir. Ona görə Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəyə başlayacağıq".

 

Veşoviç ölkəmiz haqqında da danışıb: "Burada hər şey əladır. Temperaturu bəyənirəm. Çünki əvvəllər "Legiya" da mənim üçün əla idi, amma -10 dərəcədə oynamağı heç sevmirdim. Bundan əlavə, rus dilində daha çox danışılır. Azərbaycan dili isə hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilindən istifadə edirik. Atmosfer əladır, heç bir anlaşılmazlıq yoxdur. Çünki Qurban Qurbanov Avropada artıq böyük addır. Biz ənənəvi Monteneqro ailəsi kimiyik, burada fikirlər eşidilir, amma heç kim məşqçinin son sözünü inkar etmir (gülür)".(Report)


OXŞAR XƏBƏRLƏR

Onlayn bilet al, Qarabağa icazə əldə et ! - Nazirliklikdən yeni qaydalar

Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üç...

Bitməyən cinayətlər - "Onlar tədbir görməlidir"

Ölkədə bıçaqla törədilən cinayətlərin sayı artmaqda davam edir. Demək olar ki, hər gün bu qəbildən yeni bir hadisə qeydə alınır. Məişət zəminində baş verən müba...

Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib

Rusiya tərəfindən ölkənin qaz təminatı infrastrukturuna edilən hücumu Ukrayna təsdiqləyib.   Sfera.az xəbər verir ki, bununla bağlı Ukrayna Energetik...

Yeni virus yayılır - Pandemiya tədbirləri başladı

Çində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun sürətli yayılması səbəbindən hökumət COVID-19 pandemiyası dövrünə bənzər profilaktik tədbirlər həyata...

Sabah Moskvada Rusiya və BƏƏ prezidentləri görüşəcək

Rusiya Prezidenti Vladimir Putin avqustun 7-də Moskvada Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək.    ...

Trampın enerji sanksiyaları: Çin və Hindistan geri çəkiləcəkmi?

ABŞ administrasiyası Rusiyadan neft alan ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Sanksiyaların hədəfində əsasən Çin və Hindistanın olduğu bildirili...