Avropda qaz bahalaşır – SON QİYMƏT

Avropda qaz bahalaşır – SON QİYMƏT

Qlobal enerji təchizatında risklərin artması Avropada təbii qazın bahalaşmasına səbəb olur. Son dörd gündə qiyməti artan təbii qazın dəyəri bu səhər Hollandiyada daha 6,2 faiz yüksəlib. 


Sfera.az xatırladır ki, bahalaşmaya qədər təbii qazın qiyməti ilin əvvəlindən 30 faiz enmişdi. Amma son günlər bir çox ölkədə maye qaz istehsal edən qurğuların işində fasilələrin yaranması təbii qazın qiymətlərini artırıb. Bundan əlavə, gələn həftə Şimali Avropanın bəzi bölgələrində temperaturun normadan xeyli aşağı olacağı gözləntiləri də qiymətləri yüksəldib. 


Bəzi ekspertlər hesab edir ki, qazın bahalaşmasına təsir edən əsas səbəblərdən biri də Rusiyada neft emalı zavodlarının Ukraynanın hücumlarına məruz qalmasıdır. 
Sadalanan səbəblərlə əlaqədar qazın qiyməti Avropada 350 dollara çatıb. Halbuki, bir neçə gün öncə qaz 300 dollardan ucuz satılırdı.


Vasif


OXŞAR XƏBƏRLƏR