Ermənistanı tərk edənlər GERİ QAYIDIR: \"Rusiyada vəziyyətin indi...\" - AÇIQLAMA

Ermənistanı tərk edənlər GERİ QAYIDIR: \

2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək Qarabağdan olan 13 min 619 şəxs Ermənistanı tərk edib, onlardan yalnız 5 min 794-ü geri qayıdıb. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, buna münasibət bildirən millət vəkili Sahib Alıyev qayıdan şəxslərlə bağlı iki səbəbin olduğunu deyib. Deputat fikirlərini bu cür ifadə edib:

 

“Birincisi, gedənlərin əksəriyyəti Rusiyaya üz tutmuşdular. Ancaq Rusiyada vəziyyətin indi elə də ürəkaçan olmaması səbəbindən yəqin onların bir hissəsi geri dönüblər. İkinci və ən əsas səbəb isə çox ehtimal ki, Avropaya vizasız gediş-gəliş perspektivinin olması ilə bağlıdır”.

 

S.Alıyev bildirib ki, Avropa Birliyi buna getsə, nəinki Qarabağda, Ermənistanda yaşamış hayların da böyük bir hissəsi ora üz tutacaqlar.

 

Günay


OXŞAR XƏBƏRLƏR