İftar süfrələri təşkil etməyin hansı savabları var? - "Bunu edə bilmiriksə, ən azından..." + AÇIQLAMA
Ramazan orucunun savabını artıran əməllərdən biri də oruclu insanlar üçün iftar süfrələrinin təşkilidir.
Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib ki, İslamın bütün ibadətlərinin əsas qayəsi həm də ictimai faydaya nail olmaqdır.
“Məhəmməd Peyğəmbər (s) buyurub: ““Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar. Oruclunun savabından da heç nə əskilməz”. Bu gün bu ənənə əksər müsəlman ölkələrində geniş yayılıb. Burada əsas məqsəd həm də insanlar arasında birlik və həmrəyliyi daha da gücləndirməkdir. Cəmiyyətin üzvləri arasında birlik və həmrəylik möhkəm olduqda dövlətlər daha güclü olur”.
C.Məmmədov bildirib ki, digər aylarda olduğu kimi, Ramazan ayında da imkansız insanlara imkanlarımız daxilində əl tutmalı, onları iftar süfrələri təşkil edərək sevindirməliyik:
“Bunu edə bilmiriksə, ən azından gücümüz çatan qədər ərzaq yardımı edək”.
Türkan