Almaniya hökuməti: "Rusiyadakı prezident seçkilərinin nəticələrini tanımırıq"

Siyasət
15:15 / 18.03.2024
7935
Almaniya hökuməti Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini qanuni saymır.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi bildirib.
Qeyd edək ki, martın 17-də keçirilən prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 faizi hesablanandan sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 faiz, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31 faiz, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79 faiz və Leonid Slutski (RLDP) 3,19 faiz səs toplayıb. (Report)