Alimlər Daş dövrü insanları arasında yayılmış virusları müəyyən etdilər - ARAŞDIRMA
Alimlər müəyyən ediblər ki, hazırda antibiotiklərlə müalicəsi mümkün olan bakterial infeksiyalar Daş dövrü insanları üçün çox təhlükəli olub.
Sfera.az xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalında dərc olunan məqalədə məlumat verilib.
Tədqiqatçılar qədim insanlar arasında yayılmış bakteriya növlərini müəyyən ediblər. Bunlar öpüşmə yolu ilə insanlar arasında yayılan "Eisseria meningitidis", çirklənmiş qida və su ilə ötürülən "Yersinia enterocolitica", "Salmonella enterica"dır.
Belə ki, tədqiqat üçün 38 fermer və ovçu-toplayıcının sümüklərində mikrob DNT-si yoxlanılıb. Nümunələr Norveçin cənubundakı Hummerviksholmendən (9500 il) İsveçin Linköping şəhərindəki Bergsgravenə (4500 il) qədər olan Mezolit və Neolit dövrlərindən əldə edilib.
"Salmonella enterica" Neolit dövründə istifadə olunan iki döyüş baltası nümunəsində tapılıb və ehtimal ki, ən azı iki yoluxmuş şəxsin ölümünə səbəb olub. "Yersinia" cinsinə aid bir neçə bakteriya növü Son Neolit dövrünə aid "Huni Beaker" insanlarında (e.ə. 4000-2700) müəyyən edilib. Məsələn, "Yersinia enterocolitica"nın yayılmasına səbəb kimi kənd təsərrüfatı ərazilərində əhalinin daha yüksək sıxlığı göstərilib.
İnci