Aralıq orucu zamanı nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA 

Aralıq orucu zamanı nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA 

Aralıq orucu və yaxud digər adıyla fasiləli aclıq proqramları son dövrlər arıqlamaq istəyənlərin üz tutduqları üsullardan biridir.

 

Bəs aralıq orucu nə deməkdir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan dietoloq Vüsalə Babayeva bildirib ki, aralıq orucu dedikdə, 15-16 saat aclıqdan yox, 48, hətta 72 saatlıq orucdan söhbət gedir.

 

“Fasiləli aclıqla bağlı bir sıra məqamlara diqqət yetirmək lazımdır. Yoxsa insan sağlamlığında ciddi problemlər yarada bilər. Aralıqlı orucun bir sıra faydaları var. Arıqladır, zehni inkişaf etdirir, diqqəti toplamağa kömək edir və ürəyin işini nizama salır. Amma fasiləli aclıq zamanı bir sıra nüanslara diqqət etmək lazımdır. Müəyyən müddət ərzində ac qaldıqda bəzi problemlər özünü göstərir. Fasiləli aclıqdan sonra az miqdarda yemək qəbul etmək lazımdır. Karbohidratlı qidalar yerinə, proteinli qidalara üstünlük vermək tövsiyə edilir. Fasiləli aclıqdan sonra orqanizmi yeməyə tədricən öyrəşdirmək lazımdır”.

 

Dieotoloq qeyd edib ki, aralıq oruc zamanı insan orqanizmində sink çatışmazlığı yarana bilər.

 

“Sink çatışmazlığı zamanı immun sistemi zəifləyir, dəridə bəzi problemlər yaranır və qastrit riski çoxalır. Fasiləli aclıq zamanı qida maddələrindən məhrum qalmaq da problemdir. Bu orucluq periodunda B vitamini ilə zəngin qidaları daha çox qəbul etmək lazımdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...