COP29 hər kəs üçün vacibdir - Stoltenberq

COP29 hər kəs üçün vacibdir - Stoltenberq

Bu il Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir və bu, təhlükəsizlik məsələlərinə də aiddir.

 

Sfera.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

"Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Hazırda iqlim dəyişikliyi ilə bağlı problemlər bütün dünyada müşahidə oluna bilər", - deyə o, bu tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Stoltenberqin sözlərinə görə, Azərbaycan alternativ enerjinin - külək və günəşin inkişafına fəal şəkildə sərmayə qoyur ki, bu da enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir.


OXŞAR XƏBƏRLƏR