"Tənqidləri təhqir kimi qəbul edir, yaxud..." - Tahir İmanovdan Elgizin dediklərinə REAKSİYA

Əməkdar artist Tahir İmanov aparıcı Elgiz Əkbərin ondan küsməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Sfera.az bildirir ki, o, bu barədə "Künc-bucaq" adlı “Youtube” layihəsinin qonağı olarkən danışıb. Aktyor sözügedən məsələnin Elgizin öz işi olduğunu qeyd edib.

 

“Ümumiyyətlə KVN heç vaxt, heç kimi nə təhqir edib, nə də bu işlərlə məşğul olub. Bəzən insanlar tənqidləri təhqir kimi qəbul edir, yaxud tənqidləri qəbul etmir. Ona görə də müxtəlif ifadələrlə buna yanaşırlar, ləqəblər fikirləşirlər və.s. Bu, onun şəxsi işidir və onu müzakirə etmək istəmirəm. Cavab da vermək istəmirəm”, - T.İmanov bildirib.

 

Xatırladaq ki, Elgiz Əkbər aktyor barədə bunları demişdi:

 

"Tahirlə aram yoxdur, onu sevmirəm. Amma Cabiri sevirəm, ürəkdir. Bəlkə indi Tahir də deyəcək, mən də səni sevmirəm. O da bizim vətənin oğludur. Qəlbimə dəymişdi. Bir nəfərin yas məclisində görüşdük, danışdıq. Söhbətimiz oldu, istedadlıdır, mədəniyyətimizi təbliğ ediblər. Cabir İmanovu daha çox istəyirəm. Tahirə də can sağlığı diləyirəm. Bir dəfə məni təhqir etmişdi”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...