"Bikini Qatili" parikli və bığlı halda Londonda peyda oldu - FOTOLAR

1970-ci illərdə ən azı 24 nəfəri qətlə yetirmiş, sonradan azadlığa buraxılmış serialı qatil Çarlz Sobhraj Londonda tətil edərkən görüntülənib.

 

Sfera.az bildirir ki, 12-si turist olmaqla, 24 nəfəri öldürmüş 79 yaşlı fransız qatil “Bikini” ləqəbini qurbanlarının geyindiyi paltara görə alıb. İstintaqdan gizlənmək bacarığına görə ona “İlan” ləqəbi verilib.

 

Ən azı 12 qətl, quldurluq və dələduzluqda günahkar bilinərək, 20 ilə yaxın həbsdə qalan qatil 2022-ci ildə Nepal həbsxanasından azad edilib.

 

Nəşr olunan fotoşəkillərdə o, Vestminster körpüsündə saxta parik və saqqal taxaraq “Big Ben”in şəklini çəkir. Burada hər zaman onlarla turist olur. Qəribədir ki, Çarlz da 1970-ci illərdə məhz Cənub-Şərqi Asiyada “Hippi” cığırı ilə səyahət edən qərbli turistləri “ovlayıb”. 


Britaniya paytaxtı sakinlərinin suallarını isə Çarlz “bütün bu ittihamlardan” bezdiyini bildirməklə cavablandırıb.

 

Gülməli də olsa, o, hətta insanlara: 

 

"Kütləvi informasiya vasitələrinin beyin yuyulmasının qurbanı olmusunuz”-deyib. 

 

Tezliklə Böyük Britaniyada yayımlanacaq yeni sənədli filmdə isı Çarlz Sobhrajın 1975-ci ildə Banqkokda 21 yaşlı amerikalı turist Teresa Knowltonun qətlə yetirilməsini izah edən kadrları var. Kadrlar Çarlz Hindistan həbsxanasında ifadə verərkən lentə alınıb. 


1984-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişən Marie-Andree Leclerc adlı cinayət ortağı ilə birlikdə qurbanlarını aldadaraq, zəhərləyiblər. Çarlz Sobhraj özünü qurbanlarına, qiymətli daş satıcısı kimi tanıdıb.

 

Bəs Çarlz Sobhraj kimdir?

 

Sobhraj 1970-ci illərdə Nepal, Hindistan və Taylandda silsilə qətlləri ilə tanınır. O, 24 qətldə şübhəli bilinsə də, onlardan yalnız 12-i sübuta yetirilib. 

 

Çarlz, xüsusilə hippi həyat tərzinə nifrət edirdi və tez-tez qurbanlarının pulunu və pasportunu götürürdü.

 

Məhkum iki müddətdə həbs cəzası çəkib: 1976-cı ildən 1997-ci ilədək Hindistanda və 2003-cü ildən 2022-ci ilə kimi Nepalda.


70-ci illərdə bir müddət İnterpolun ən çox axtarılanlar siyahısında olub. Hindistanda cəzasını çəkdikdən sonra 2003-cü ildə Nepala gedib, burada həbs olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

 

Ölən səyahətçilərin əşyaları ilə niyə tutulduğunu izah edə bilməsə də, qətllərdə iştirakını inkar etməyə davam edir.

 

Çarlz haqqıbda 2021-ci ildə “Netflix”də “The Serpent” adlı film yayımlanıb. Filmin ssenarisi eyniadlı BBC dramına uyğunlaşdırılıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR