Evli cütlük gənc qadını öldürüb 5 həftəlik körpəni qaçırdı

Evli cütlük gənc qadını öldürüb 5 həftəlik körpəni qaçırdı

Xəbər verdiyimiz kimi, Almaniyada 27 yaşlı qaçqın qadın öldürülüb. Qadının körpəsi qaçırılıb, anası isə itkin düşüb. 

 

Sfera.az xəbər verir ki, Almaniyanın hüquq-mühafizə orqanları əməkdaşları itkin düşən körpəni qısa müddətdə tapa biliblər. Qətl və adam oğurluğunda şübhəli bilinən iki Rusiya vətəndaşı saxlanılıb.


Almaniyada yaşayan Rusiyalı cütlüyün eyni anda iki ağır cinayət törətdiyi ehtimal edilir. Cütlüyün uşağı qaçıraraq 27 yaşlı anasını öldürdükləri iddia edilir. Hələ ki, hüquq-mühafizə orqanları əməkdaşları bu versiya üzərində işləyirlər. 

 

Faciənin bir həftədən bir qədər əvvəl Hokkenhaymda (Baden-Vürtemberq - red.) baş verdiyi güman edilir. Bu il martın 7-də cəsədi yoldan keçən biri aşkar edib. Araşdırmalar nəticəsində üzərində zorakılıq əlamətləri olan meyidin 27 yaşlı Marqarita adlı qadın olduğu məlum olub.

 

Ukraynalı qaçqın qızın 5 həftəlik bir qızı da olub, lakin cinayətkarlar onu qaçırıblar.

 

Polis fotoşəkillərdən istifadə etməklə, körpəni tez bir zamanda tapıb. Şübhəlilər Rusiyadan olan bir qadın və bir kişi - 43 və 44 yaşlı evli cütlük olub. Onlar həbs edilib.


Maraqlıdır ki, Marqaritanın anasından da heç bir iz qalmayıb. 51 yaşlı qadın da uşağı qaçırmaq üçün rusiyalı cütlük tərəfindən öldürülmüş və ya qaçırılmış ola bilər.

 

Sonuncu dəfə ailə yaşadıqları şəhərdəki restoranlardan birində görüntülənib. Xarkovlular müharibə səbəbindən Almaniyaya gələrək qaçqınlar üçün yataqxanada yaşayırmış.

 

Sonuncu dəfə göründükləri gün sosial şəbəkələrdə ailəyə Almaniya sənədlərinin alınmasında öz xidmətlərini təklif edən bir qadınla görüşüblər. Bu qadının qətldə şübhəli bilinərək saxlanılan şəxs olub-olmadığı məlum deyil.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...