Şəmkirdə yeznə qaynını bıçaqladı
Hadisə
19:45 / 16.03.2024
13377
Şəmkirdə bıçaqlanma hadisəsi olub.
Sfera.az xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində baş verib.
Kənd sakini, 34 yaşlı E.Heydərov aralarında yaranmış mübahisə zəminində qaynı, 31 yaşlı R.Hüseynlini bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Heydərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.