Əli Əsədov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusla görüşdü

Əli Əsədov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov martın 16-da Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə XI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, çox sayda ölkədən dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

 

Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və dinamik inkişaf yolu barədə məlumat verilib. Ölkəmizdə bütün sahələrdə, xüsusilə iqtisadi sahədə aparılan genişmiqyaslı islahatların müsbət nəticələr verdiyi vurğulanıb.

 

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusun dünya miqyasında yoxsulluğa qarşı mübarizə istiqamətində uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...