Fuad Muradov Boris Kandovla GÖRÜŞDÜ - FOTO

Fuad Muradov Boris Kandovla GÖRÜŞDÜ - FOTO

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. 

 

Sfera.az xəbər verir ki, qonaqları səmimi salamlayan komitə sədri Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən irihəcmli layihələr barədə məlumat verib, konqreslə əməkdaşlıqdan məmnun olduğunu və mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycan dövlətinin multikultural və toletantlıq ənənələrini yüksək qiymətləndirən ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov, ABŞ və Kanada Buxara Yəhudiləri Mərkəzinin rəhbəri Leon Nektalov və “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov xaricdəki Buxara yəhudiləri ilə Azərbaycan icmaları arasında dostluq, qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini və təcrübə mübadiləsinin daha səmərəli olacağını vurğulayıblar. 

 

Görüşdə Azərbaycan Diasporuna Dəstək Fondu ilə ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Görüşün sonunda qonaqlara fondun dəstəyi ilə çap olunan “Heydər Əliyevin sevimli musiqi inciləri” kitabı və bir sıra başqa vəsaitlər hədiyyə olunub. 

 

Xatırladaq ki, ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi 100-dən artıq mədəniyyət mərkəzini, təhsil, icma və media müəssisəsini özündə birləşdirir. 

 



OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...