Ölkəmizdə işsizlik səviyyəsi 5,4 faizdir

Cəmiyyət
15:33 / 16.03.2024
5684
Azərbaycanda işsizlərin sayı 286,8 min nəfər olub.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin martın 1-də ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5,291 miyon nəfərdir.
İqtisadi fəal əhalinin 4,9641 milyon nəfəri məşğul əhali, 286,8 min nəfəri işsiz insanlardan ibarətdir. İşsizlərin iqtisadi fəal əhaliyə nisbəti 5,42 faiz olub.
Əhalinin qalan hissəsini isə iqtisadi qeyri-fəal əhali təşkil edib. İqtisadi qeyri-fəal əhali pensiyaçılar, uşaqlar, hərbi xidmətdə olan şəxlər, tələbələr və işləmək istəməyən şəxslərdən ibarətdir.
Vasif