"Qərb Rusiyada prezident seçkilərini pozmaq üçün hər şeyi edir" - Zaxarova

“Moskvanın Qərb opponentləri son bir ildə Rusiyada prezident seçkilərini pozmağa fəal cəhd ediblər”.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

Zaxarova bildirib ki, ölkədə prezident seçkiləri fonunda Rusiya vətəndaşlarının birliyi Qərbin qəzəbinə səbəb olur:

 

"Qərb kiber sferada dezinformasiya kampaniyaları aparır. Onlar həm də müxalifətdən istifadə edir. Ölkəmiz isə təhlükə qarşısında birlik nümayiş etdirir".

 

Qeyd edək ki, prezidentlik üçün dörd namizəd mübarizə aparır: Yeni Xalq Partiyasının namizədi Vladislav Davankov, hazırkı Prezident Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) namizədi Leonid Slutski və Rusiya Federasiyası Kommunist Partiyasının (KXCP) namizədi Nikolay Xaritonov.

 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri dünən başlayıb, martın 17-si isə seçkilərin son günüdür.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...